Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın andiçmə mərasimində iştirak etməsini şərh edib.
Yenisabah.az "TRT Haber"ə istinadla xəbər verir ki, o, Paşinyanın bu dəvəti qəbul etməsinin mühüm addım olduğunu bildirib:
“Yəni bu məqamda Paşinyan öz ölkəsində bir çox maneələri aşaraq, dəvətimizi qəbul etdi. Biz bu mərasimdə Baş nazir Paşinyanla yalnız ayaqüstü görüşə bildik, dəvətə verdiyi cavaba görə minnətdarlığımı bildirdim”. Toyuqlu pizza
Türkiyə Prezidenti əlavə edib ki, Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı mühüm əhəmiyyət kəsb edirdi:
“Təbii ki, bunu dərk etmək irəliləyişdir. Amma Ermənistanda Paşinyana qarşı çıxanlar da var. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb”.
Telegram kanalımız