“Paşinyan türkdür”  - Onun komandası və parlamentin...
17 Yan 2021 17:14
1132

“Paşinyan türkdür” - Onun komandası və parlamentin...

İrəvan Dövlət Universitetinin  arxeologiya fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan yerli mətbuata açıqlamasında bildirib ki, Türkiyə son proseslərdən üstün tərəf kimi çıxıb.

Yenisabah.az xəbər verir ki, onun fikrincə, Türkiyə artıq de-yure olmasa da, de-fakto regiondadır.

Ermənistanın adını da çəkmirlər

Ruben Melkonyan Ruben Melkonyan

O bildirib ki, Ankara artıq Minsk Qrupunu prosesdən kənarlaşdırıb və özü birbaşa prosesin tənzimlənməsinə qoşulub: “İndi də məntiq dəyişməyib. Əməliyyatlardan sonra  proseslərin dayandırılması və gərginliyin azalması görüntüsü var, amma bu, proseslərin sakitləşdiyi və ya həll edildiyi anlamına gəlmir. Problemlər hələ də qalır, onların təbiəti, konfiqurasiyasının dəyişdiyini  deyə bilərəm - bir az dəyişdi və ya yeni oyunçular gəldi".

Melkonyan təəssüflə qeyd edib ki, bütün bunlardan sonra belə çıxdı ki, heç bir oyunçu öz suverenliyini itirməyib, təkcə Ermənistandan başqa: "Əvvəllər proseslərdə Ermənistan ayrı bir subyekt kimi qəbul edilirdisə, məğlubiyyətdən sonra rəsmi İrəvan artıq müzakirələrdə öz mövqeyini səsləndirə və hədəflərini ortaya qoya bilmir. Bəzən görüşlərdə və danışıqlarda ölkəmizin adı ümumiyyətlə, yada salınmır. Düşünürəm ki, bunların hamısı pərdəarxası danışıqlarda daha aydın görünür. Moskvadakı son görüşdən sonra biz Azərbaycan Prezidentinin heç olmasa, məmnuniyyət ifadə etdiyini gördük. Baş nazir Nikol Paşinyan isə ardınca getdiyi məsələnin həll olunmadığını dedi”.

Türkiyənin fəaliyyətindən danışan Melkonyan ölkənin bölgədə böyük ambisiyalara sahib olduğunu deyib: "Amma Türkiyə əvvəllər bölgədə heç vaxt indiki qədər böyük imkanlara sahib olmamışdı. Əməliyyatlar dayandırılandan sonra Minsk Qrupu həmsədri olan ölkələrin nə dərəcədə böyük ölkələr olmasına baxmayaraq, Türkiyə özü üçün əlverişli bir mövqe qazandı. Bundan sonra nə olursa, olsun, Türkiyə artıq burada özünə müəyyən bir rol qazandı".

Melkonyanın fikrincə, Türkiyə artıq 2010-cu ildə gördüyümüz ölkə deyil: "Türkiyə de-yure olmasa da, faktiki olaraq bölgədə bir statusa sahibdir. Başqa bir fakt son proseslərdən sonra Türkiyənin regionda həm də leqallaşmış mövqe qazanmasıdır. Türkiyə bölgəmizdə daha bir addım ataraq burada hərbi varlığını təmin edib".

İşxan Saqatelyan İşxan Saqatelyan

"Məğlubiyyəti dizi üstə qəbul etdik..."

"Məğlubiyyətimizi dizi üstə qəbul etdiyimiz andan bu yana bir dövlət olaraq, xalq olaraq məhvə məhkumuq",- deyə Ermənistan İnqilab Federasiyası "Daşnaksutyun" partiyası Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan "Vətən Qurtuluş Hərəkatı" üzvlərinin Vanadzorda keçirdiyi toplantıda bildirib.

Onun çıxışı gurultulu alqışlarla müşayiət olunub: "Vətənimizin bir hissəsini təslim edən mövcud siyasi hökumət cəmiyyətdə ictimai əhval formalaşdırmağa çalışır - demək istəyir ki, "oldu, bitdi", gəlin Azərbaycan və Türkiyə ilə dost olaq. Bu siyasətdən imtina etməliyik".

O həmçinin pafos dolu açıqlamalar da verib və "itirilmiş" Qarabağı nə vaxtsa "geri qaytaracaqlarını" deyib.

Vazgen Manukyan Vazgen Manukyan

Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan da Vanadzorda "Vətən Qurtuluş Hərəkatı" üzvləri və vətəndaşların toplantısında iştirak edib. Dünən hərəkət iştirakçıları Gümrü sakinləri ilə də görüşüblər. Amma burada narazılıq dalğası ilə qarşılaşıblar. Yerli sakinlər yolu bağlayaraq Manukyanın Gümrüyə getməsinə mane olmağa çalışıblar.

"Paşinyan türkdür"

Ermənistanın sabiq ədliyyə naziri və parlamentin sabiq vitse-spikeri, hazırda müxalifətdə olan Arpine Ohannisyan isə əyləncəli açıqlamalar verib, baxmayaraq ki, öz fikirləri özünə ciddi görünüb.

O, baş nazir Nikol Paşinyan, onun komandası və parlamentin hakim fraksiyasının türklər olduğunu deyib və onlara qarşı məhz bu nöqtədən çıxış etməyin vacibliyini dilə gətirib: “Gəlin, bu biabırçılıqdan qurtarmaq üçün bir şeyi sübut edək. Bundan sonra onlara qarşı görülən bütün tədbirlər müxalifətin hökumətə qarşı addımları kimi deyil, Ermənistan xalqının türklərə qarşı hərəkətləri kimi qiymətləndirilsin".

Arpine Ohannisyan Arpine Ohannisyan

O əhalini itaətsizliyə də çağırıb: "Biz burada - Ermənistanda Azərbaycan və Türkiyə Milli Məclisi, Azərbaycan və Türkiyə Hökuməti, Azərbaycan və Türkiyə Prokurorluğu, polisi və s. ilə mübarizə aparırıq. Ermənistanda hakimiyyətdə olan bu türklərə qarşı həyata keçirilən bütün tədbirlər hüquqidir. Onlara itaət göstərmək, türklərə itaət göstərmək deməkdir".  /Bizimyol.info

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər