Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevla Tehrana səfəri çərçivəsində İran rəhbərliyinə xarici kəşfiyyatların hazırladığı iğtişaş ssenarisinə dair məlumatlar çatdırıb.
Yenisabah.az "Əl-Məyadin"ə istinadla xəbər verir ki, Livan telekanalı yüksək rütbəli rus məmurunun səfərini bu cür şərh edib.
N. Patruşev İrandakı iğtişaşlarda əsas rolu Qərb kəşfiyyat xidmətlərinin oynadığını vurğulayıb. Sezar pizza
Bunu şərh edən analitiklər məlumatın etibarlı olması qənaətindədir və söhbətin ABŞ, İngiltərə, İsrail, Səudiyyə Ərəbistanı və bəzi Avropa ölkələrinin beynəlxalq kəşfiyyat xidmətlərindən getdiiyini bildiriblər. "Bu ölkələrdən bəzisinin icraçı, bəzilərinin dizayn, bəzilərinin isə maliyyə və media dəstəyi rolu var, - deyə onlar qeyd edib. - Bu ölkələrin əksəriyyəti terrorçu və separatçı qruplara təhlükəsiz sığınacaqlar verib.
Analitiklər Rusiya və İran arasında terrorla mübarizədə məlumat mübadiləsinin mövcudluğunu da xüsusi qabardıblar.
Telegram kanalımız