Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Paytaxtda mafiya: “Bakıda hər rayonun öz ağası var” – Video
14 Yan 2022 12:54
25424

Paytaxtda mafiya: “Bakıda hər rayonun öz ağası var” – Video

Bakı Nəqliyyat Agentliyi paytaxt Bakıda küçələrdə avtomobil park xidməti ilə bağlı maraqlı video hazırlayıb.

“Yeni Sabah”ın məlumatınaa görə, videodan məlum olur ki, hər küçənin, prospektin öz sahibi var və park işinə baxan sıravi şəxslər bildirirlər ki, 50 maşınlıq yer üçün hər gün 120 manat ödəniş edirlər. 

Gizli çəkilişlər zamanı əraziyə baxan şəxslər ayrı-ayrı şirkətlərin adlarını çəkirlər. Bəziləri isə qazilərə xidmət edildiyini bildirir. Yəni yığılan vəsait qazilər üçün xərclənir.  Ardınca isə “amma onların adından istifadə edirlər” deyə əlavə edir.

Fakrtlar ortaya ciddi suallar çıxarır. Bu küçələrin “ağaları” kimlərdir? Hər gün külli miqdarda pul kimin cibinə gedir? Həmin əraziləri bu özünə “şirkət” deyən adamlara kim satır? Həqiqətənmi icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının bunlardan xəbəri yoxdur?! 

Yaxşısı budur, videonu izləyin!

 


Youtube kanalımız
  • Aliaga
    Aliaga
    Mən başa düşmürəm bu dövlətin yaramaz siyasətini. Kabinetlərdə rüşvət alanları bilir küçələrdə reketlik edənlərdən xəbəri yoxdu. Onlarda o qurumların adamlarıdırlar.
    13 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər