Payıza limitsiz gedirik? – “Azəriqaz”-dan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Payıza limitsiz gedirik? – “Azəriqaz”-dan açıqlama

Sosial

24 Avqust 2023 17:40 9180


Hər il payız-qış ayları yaxınlaşdıqca, Azərbaycanda qaz limiti məsələsi yenidən gündəmə gəlir. 

Adətən abonentlərin bir çoxu qışa qədər limiti keçir. Xüsusilə soyuq havaların uzun müddət davam etdiyi zamanlarda bunun şahidi oluruq. Nəzərə almaq lazımdır ki, bu il də havalar nisbətən gec isindi. Ölkənin bir çox yerində olduğu kimi, paytaxt Bakıda da mart-aprel aylarında kombilər işləyirdi. 

Belə olan halda abonentlərin nə qədərinin qaz limitini keçdiyi də müzakirə predmetinə çevrilir.  Pepperoni pizza

Maraqlıdır, indiyə qədər abonentlərin nə qədər limiti keçib? 

Cebhe.info bu barədə “Azəriqaz” İctimai Birliyinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq son statistikalar açıqlanıb:

“Limit daxilində qaz istehlak etmiş abonent sayı 66,3 faizdir. 20 qəpik tarifinə keçmiş abonent sayı 30,1 faizdir. Həmçinin, 25 qəpik tarifinə keçmiş abonent sayı 3,6 faizdir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!