Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Martın 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Martın 1-dən...

Sosial

29 Fevral 2024 20:08 5309


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.

AYNA-dan Yenisabah.az-a verilən məlumata görə, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.

Marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!