Paytaxtda çiskin, dağlarda qar - Sabahın proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda çiskin, dağlarda qar - Sabahın proqnozu

Sosial

02 Mart 2023 12:56 686


Milli Hidrometeorologiya Xidməti martın 3-ə olan hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 3-6° isti, gündüz  8-13° isti olacaq.

Atmosfer təzyiqi  770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. 

Nisbi rütubət  70-80 % olacaq. 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaqq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz  3-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!