Paytaxtda məşhur dönərxana bağlandı - ŞOK SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda məşhur dönərxana bağlandı - ŞOK SƏBƏB

Sosial

09 İyul 2024 20:21 743


Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bəhlul Sərvər oğlu Məmmədova məxsus "Avtoş Dönər" iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu məlum olub. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. pizza mizza

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!