Paytaxtın hansı küçələrində sıxlıq var? - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın hansı küçələrində sıxlıq var? - Siyahı

Sosial

22 Aprel 2024 18:44 472


Bakının bir sıra yollarında sıxlıq yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: pizza mizza

1. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “Xırdalan dairəsi” istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

5. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

8. Zərifə Əliyeva küçəsində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!