Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pəncə-Qılınc” əməliyyatı dekabrda başa çata bilər.
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bundan sonra Ankara Suriyada genişmiqyaslı quru əməliyyatı planlaşdırır.
Türkiyə aprel ayında İraqın şimalında PKK yaraqlılarına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatda xüsusi təyinatlılar və Hərbi Hava Qüvvələri iştirak edir. pizza mizza
İraq prezidentinin dəftərxanası Türkiyənin əməliyyatının milli təhlükəsizliyə təhdid yaratdığını, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Türkiyə tərəfinin öz sərhədlərinin təhlükəsizliyini təmin etməyi hədəflədiyini bildirib.
Telegram kanalımız