Pentaqon Ukraynaya yeni silahlar göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon Ukraynaya yeni silahlar göndərdi

Dünya

05 Noyabr 2022 13:47 749


ABŞ administrasiyası Ukraynaya 8z NASAMS zenit-raket kompleksi (SAM) göndərib.

Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, kopleks yaxın vaxtlarda çatdırıla bilər.

Bu barədə ABŞ Müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum məlumat verib. pizza

Plumun sözlərinə görə, Ukrayna öz ərazisində raket əleyhinə sistemlərin tətbiqi ilə bağlı ciddi problemlərlə üzləşəcək.

“Aydındır ki, müdafiə üçün raket əleyhinə sistemlər lazımdır. Düşünürəm ki, Ukraynanın üzləşdiyi problemlərdən biri onun hərtərəfli müdafiəni təmin edə bilməyəcəyidir. Qalxanınız ola bilməz. Əgər 10 və ya 20 və ya 30 sisteminiz olsaydı, onlar hara gedərdilər? Nəyi qoruyacaqsan? Bu, müdafiə qərarı problemidir. Münaqişələr bir yana dursun, sülh dövründə bunu etmək kifayət qədər çətindir”, - deyə müdafiə katibinin köməkçisi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!