Peskov təsdiqlədi: Putin Priqojinlə qiyamdan sonra görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Peskov təsdiqlədi: Putin Priqojinlə qiyamdan sonra görüşüb

Dünya

10 İyul 2023 15:16 892


Kreml Rusiya prezidenti Vladimir Putinin “Vaqner” qrupunun komandirləri, şirkət rəhbərliyi, o cümlədən Yevgeni Priqojin ilə iyunun 29-da baş tutan görüşünü təsdiqləyib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu barədə Dmitri Peskov danışıb:

"Həqiqətən də prezidentin belə bir görüşü olub, o, 35 nəfəri Kremlə dəvət edib: bütün dəstə komandirlərini və şirkət rəhbərliyini, o cümlədən Priqojini. Bu görüş iyunun 29-da baş tutub, 3 saata yaxın davam edib". Sezar pizza

D. Peskov qeyd edib ki, görüşün təfərrüatları ona məlum deyil: “Yalnız onu deyə bilərik ki, prezident "xüsusi hərbi əməliyyat" zamanı şirkətin cəbhədəki hərəkətlərinə qiymət verib. 24 iyun hadisələrinin. Putin komandirlərin izahatlarını dinləyib, onlara işlə təmin olunma və gələcək döyüşlərdə istifadə üçün əlavə variantlar təklif edib.

Komandirlər özləri baş verənlərlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının və Ali Baş Komandanın sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğuladılar, həmçinin Vətən uğrunda döyüşməyə davam etməyə hazır olduqlarını bildirdilər".

Xatırladaq ki, iyunun 23-24-də Rusiyada "Vaqner"in iştirakı ilə silahlı qiyam baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!