Azərbaycanda son gündə koronavirus əleyhinə 2 187 vaksin vurulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 448, ikinci doza vaksinlərin sayı 106 təşkil edib. pizza mizza
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 361-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 272 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 231 təşkil edir.
Telegram kanalımız