Polis Şəmkirdə toy məclisini yarımçıq saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis Şəmkirdə toy məclisini yarımçıq saxladı

Sosial

23 Aprel 2021 17:00 573


Şəmkirdə toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. pizza hut

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktiki söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 6 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Mərasimi təşkil edən 2 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!