Polisin daha bir toy əməliyyatı 

saytların hazırlanması

Evə çatdırılma

Polisin daha bir toy əməliyyatı 

Sosial

14 Aprel 2021 07:09 571


Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndi  ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirliməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb,  iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!