Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Polşa-Belarus sərhədini patrul etmək üçün əlavə min hərbçi göndərməyi əmr edib.
Yenisabah.az “Wnp.pl”ə istinadla xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Polşa-Belarus sərhədində dinamik vəziyyətlə əlaqədar Sərhəd Mühafizəsi Komandirinin tələbi çərçivəsində sərhəd mühafizəsində iştirakın gücləndirilməsi ilə bağlı Milli Müdafiə Nazirliyi tələbin yerinə yetirilməsi və təyin olunmuş əlavə əsgərlərin sərhəddə göndərilməsi barədə göstəriş verib”, – Polşa Müdafiə Nazirliyinin bəyanatında bildirilib. pizza hut
Xatırladaq ki, bundan əvvəl Polşa Sərhəd Xidmətinin baş komandanı general-mayor Tomaş Praha Milli Müdafiə Nazirliyinə müraciət edərək daha min əsgərin Polşa-Belarus sərhədinə köçürülməsini xahiş edib. Hazırda sərhədin bu hissəsində dövlət sərhədini 2 minə yaxın polşalı hərbçi qoruyur.
Telegram kanalımız