Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? – SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? – SİYAHI

Sosial

22 Dekabr 2021 22:11 15328


Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. 

Sərəncam FHN-nin iki hərbi qulluqçusuna “general-leytenant”, 3 nəfərə isə “general-mayor” ali hərbi rütbələri verilib.

General-leytenant rütbəsi verilən İlham Əyyub oğlu Abdullayev FHN-nin Mülki Müdafiə qoşunlarının komandanıdır. pizza

Digər general-leytenant rütbəsi verilən Şahmar Ənvər oğlu Paşayev isə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

General-mayor rütbəsi alan Adil Ələsgər oğlu Abdullayev Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Raul Süleyman oğlu Zeynalov isə Bakı Regional Mərkəzin rəisinin birinci müavinidir.

Ali hərbi rütbə alanlardan Əşrəf Məmməd oğlu Qasımov isə FHN-nin aviasiya dəstəsinin rəisidir. /Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!