İlqar Namazov vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

İlqar Namazov vəzifəsindən azad edildi

Sosial

23 Aprel 2026 16:31 713


Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Namazov İlqar Hüseyn oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Qurumun direktor əvəzi vəzifəsi Rəhimov Vüsal Musa oğluna həvalə edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vəzifəsindən azad olunaraq Naxçıvanın Baş naziri təyin olunub. Hazırda şəhərin icra başçısı vəzifəsi boşdur. /Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!