Rusiyada silahlı üsyanla bağlı cinayət işi bağlanıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu barədə FSB-nin (Federal Təhlükəsizlik Xidməti - FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Cinayət Məcəlləsinin 279-cu maddəsi ilə açılan işin materialları cinayət işinə xitam verilməsi üçün əsas olub. pizza
“Bunu və istintaq üçün əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, bu il iyunun 27-də istintaq orqanı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda vurğulanıb.
İyunun 23-də Milli Antiterror Komitəsi bildirib ki, "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojinin adından verilən bəyanatlarla əlaqədar FSB silahlı üsyana çağırışlarla bağlı iş açıb.
Telegram kanalımız