Professordan ETİRAZ: “Toylar açıq havada keçirilsin!“

saytların hazırlanması

Evə çatdırılma

Professordan ETİRAZ: “Toylar açıq havada keçirilsin!“

Sosial

22 İyun 2021 14:02 1501


1 iyul tarixindən tərtib olunmuş qaydalara riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bəs görəsən, toylara icazə verilməsi ölkədəki yoluxma sayına təsir edəcəkmi?

 Məsələ ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, hazırki vəziyyətdə toyların açıq havada keçirilməsi daha məqsədəuyğundur: pizza

“Epidemioloji vəziyyət stabilləşdikcə sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar davam edir və  təbii ki, bu toylara da aiddir. Toyların keçirilməsinə də artıq icazə verildi. Məclislər əvvəlki stereotiplərdən uzaq, müəyyən bir formatda keçirilməlidir. Mən hesab edirəm ki, indiki şəraitdə toy məclislərinin açıq havada keçirilməsi daha məqsədəuyğun olardı. Müəyyən məsafə gözləməklə və məhdud kontingentlə toylar keçirilərsə, bu karantin qaydalarına da uyğun olardı. Hazırda bütün şadlıq evlərinin həyətlərində bu imkan var və yaxşı olardı ki, toylar məhz bu cür keçirilsin. Sentyabra qədər ölkəmizdə buna şərait var, havalar əlverişlidir. Yaxşı olar ki, Operativ Qərargah insanlara bu məsələdə detallı izahat versin, onlar çaşqınlıq hiss etməsinlər”.

Onun fikrincə, xalq kollektiv immunitetə yaxın olsa da karantin qaydalarına bundan sonra da ciddi əməl edilməlidir:

“Bu qərarın yoluxma sayına necə təsir edəcəyi ilə bağlı bir şey deyə bilərəm: Azərbaycan bu gün kollektiv immunitetə xeyli yaxındır, amma buna baxmayaraq, biz arxayınlaşmamalıyıq. Bu gün Delta Ştammının dünyaya yayılması məsələsi olduğuna görə karantin qaydalarına ciddi əməl etməliyik”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!