"Xanımlara deyirəm, elə bir bəylə ailə qurun ki, ailəsini saxlamağa imkanı olsun. Pulu yoxdursa, kim olursa olsun, getməyin…”
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Elgiz Əkbər deyib.
“Elgizlə izlə” proqramında xanımlara səslənən aparıcı evlilikdə maddi durumun vacibliyindən danışıb: pizza sifarişi
“Bir yerdən sonra sevgi də bitəcək. Ailəsini saxlamayacaqsa, nə olacaq? Hə, oturun sevin. Gedib oturaq bir evdə, sən mənə, mən sənə baxım.
Elə adamı sevin ki, işi, əlinin sənəti, pulu olsun. Kim gətirib bizə çörək verəcək? Sonra uşaq olsun, kim dolandıracaq? Uşaq hava ilə dolanmır".
Telegram kanalımız