Putin: Bütün ordu PUA-larla təmin edilsin

saytların hazırlanması

Evə çatdırılma

Putin: Bütün ordu PUA-larla təmin edilsin

Dünya

21 İyun 2023 16:24 633


Rusiya pilotsuz uçuş aparatlarının istehsalını sürətləndirəcək və bütün qoşun növlərini onlarla təchiz edəcək.

Yenisabah.az "Intefax"a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O deyib: "Biz əks-akkumulyator sistemlərinin istehsalını, eləcə də döyüş şəraitində özünü yaxşı tərəfdən göstərən qoşunların PUA  və robot zərbə sistemləri ilə təchizatını təkmilləşdirməyə davam edəcəyik. Onların kütləvi istehsalını sürətləndirəcəyik. Bütün hərbi hissələrin, o cümlədən bölüklər, tağımlar və batalyonlar bu avadanlıqla təmin edilməlidir. pizza mizza

Rusiya prezidenti qeyd edib ki, Silahlı Qüvvələrin bütün tərkib hissələrinin keyfiyyət potensialının yüksəldilməsi planları onların öz elmi, texnoloji, istehsalat və kadr bazası əsasında həyata keçiriləcək.

Putin vurğulayıb ki, bu gün Rusiya Federasiyasının ordusu və donanması döyüş tapşırıqlarını inkişaf etdirməli və həll etməlidir: "Bu, zabit korpusuna xüsusi tələblər qoyur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!