“Vladimir Putin Yohannesburqda keçiriləcək BRICS sammitində iştirak etməyəcək”.
Yenisabah.az xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin ofisi məlumat yayıb.
Məlumatda bu qərarın birgə qəbul edildiyi qeyd edilib. Həmçinin, bildirilib ki, sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. pizza mizza
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) müraciət edərək, Rusiya prezidenti Vladimir Putin ölkəyə gələrsə, həbs etməməsinə icazə verməsini xahiş etmişdi. Çünki həbs Moskvaya müharibə elan etməyə bərabər ola bilər.
Telegram kanalımız