Putin, Əliyev və Pezeşkian bir masa arxasında

saytların hazırlanması

Evə çatdırılma

Putin, Əliyev və Pezeşkian bir masa arxasında

Siyasət

09 Oktyabr 2026 14:01 448


Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Vladimir Putin, İlham Əliyev və Məsud Pezeşkian arasında üçtərəfli görüş barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.

Xatırladaq ki, 3 dövlət başçısının (o zaman İran Prezidenti Həsən Ruhani idi) ilk görüşü 2016-cı ilin payızında Bakıda, ikinci görüşü isə 2017-ci il noyabrın 1-də Tehranda baş tutub. O vaxtdan bəri sammit bu formatda keçirilmir. Online alış-veriş

Rusiya, İran və Azərbaycan liderlərinin növbəti görüşü əvvəlcə 2018-ci ildə Moskvada planlaşdırılıb, daha sonra 2019-cu ilə, daha sonra texniki səbəblərə görə yenidən təxirə salınıb.

Tehranda keçirilən sammitdə Azərbaycan və İranın beynəlxalq enerji platformalarında qarşılıqlı fəaliyyəti və neft-qaz sektorunda əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bəyan edən birgə bəyanat imzalanıb.

Prezidentlər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün avtomobil, dəmir yolu və hava nəqliyyatı sahəsində əməkdaşlığın vacibliyini təsdiqləyiblər. Bununla bağlı tərəflər Rəşt-Astara dəmir yolu xəttinin tikintisi layihəsinin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Tehranda keçirilən sammitdə çıxış edən Putin üç ölkə arasında enerji körpüsünün yaradılmasının tərəfdarı olduğunu deyib və bunun enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutduğunu xatırladıb. Rusiya Federasiyası Prezidentinin vurğuladığı kimi, “bu təşəbbüsün həyata keçirilməsi enerji təhlükəsizliyini yaxşılaşdıracaq və bütün regionun etibarlı enerji təchizatını təmin edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!