“Putin total müharibə və səfərbərlik elan edəcək”

saytların hazırlanması

Evə çatdırılma

“Putin total müharibə və səfərbərlik elan edəcək”

Dünya

30 Aprel 2022 23:26 711


Rusiya-Ukrayna müharibəsi üçüncü ayda davam edərkən, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün ərzində Ukraynada total müharibə, Rusiyada isə səfərbərlik elan edəcəyi iddia edilib.

Yenisabah.az “Putin total müharibə və səfərbərlik elan edəcək”xəbər verir ki, İngiltərə mətbuatı işğalın uzanmasından narahat olan rus komandirlərin hücumları artırmaq üçün ölkədə səfərbərlik elan etmək üçün Putindən Ukraynada hərtərəfli müharibəyə çağırış tələb etdiyini yazıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, Putin mayın 9-da keçiriləcək qələbə günü tədbirlərində ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə cəlb edilməsi üçün səfərbərlik elan edə bilər. NATO-nun keçmiş komandanı Riçard Şerif də bildirib ki, Qərb ölkələri Rusiyanın hücumları ilə bağlı "ən pis ssenariyə hazır olmalıdırlar”. pizza mizza

Bundan əvvəl mətbuatda Rusiya ordusunun Putinin Ukraynaya müdaxilənin bir neçə həftəyə başa çatacağı ilə bağlı proqnozuna reaksiya verdiyi və hücumların artırılmasını istədiyi barədə xəbərlər yayılmışdı.

Rusiya bu ayın əvvəlində müharibənin birinci mərhələsinin başa çatdığını və qoşunların Ukraynanın paytaxtı Kiyevdən çıxarılacağını və Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi şərq Donbass bölgəsində cəmlənəcəyini açıqlamışdı.Sfera.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!