Ukraynanın əks-hücumu uğursuz oldu.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin belaruslu vəzifədaşı Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Onun sözlərinə görə, əks-hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin itkisi artıq 26 min nəfəri keçib. Sezar pizza
Rusiya prezidenti qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində olan əcnəbi muzdlular “axmaqlıqlarına görə” xeyli itki verirlər.
Putin Lukaşenko ilə danışıqların 2 gün davam edəcəyini, görüşün bazar ertəsi keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
O, əmin edib ki, Belarus-Rusiya əməkdaşlığının inkişafı ilə bağlı bütün planlar həyata keçirilir və gözləniləndən daha yaxşı templə həyata keçirilir.
Telegram kanalımız