Putinə kimlər zəng edib dəstək verdi?

saytların hazırlanması

Evə çatdırılma

Putinə kimlər zəng edib dəstək verdi?

Dünya

24 İyun 2023 14:57 1253


Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: “Prezident vəziyyətlə bağlı həmsöhbətlərini məlumatlandırıb”. Dördpendirli pizza

Daha əvvəl Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat vermişdi ki, Tokayev Putinlə söhbəti zamanı qeyd edib ki, “baş verən hadisələr Rusiyanın daxili işidir. Vladimir Putin Qazaxıstanın Rusiya Federasiyasındakı mövcud vəziyyəti başa düşdüyünə görə təşəkkür edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!