“Qadınları zərif deyil, zəif cinsin nümayəndəsi hesab etdiklərinə görə onu əzməli idarə etməli olduqlarını düşünürlər. Qadın müdafiə olunmalı, qorunmalı, kişi əhatəsində işləməməlidir və sair kimi fikirləri var”.
Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
O, cəmiyyətdə hələ də qadınlara qarşı mənfi, şiddət dolu yanaşmaların səbəbini izah edib: Dördpendirli pizza
“Cəmiyyətdə müxtəlif xarakterli insanlar var. Heç kəs eyni ailədə, mühitdə böyümür, fərqli şəkildə tərbiyə alır. İnsan bio-psixo sosisal varlıq olduğu üçün qadın və ya kişi cinsinə olan münasibətləri, təsəvvürləri ailədə aldığı tərbiyədən asılı olur. Hər iki cinsin bir-birinə qarşı münasibəti mühitdən gələn düşüncələrdən ibarətdir. Yalnız bir qisim insanlarda qadınlara qarşı əsası olmayan, məhvedici düşüncələr olur. Əgər bizdən öncəki nəsil bu cür düşünürsə, onların böyütdükləri uşaqlarda eyni düşüncə də olacaq”.
Psixoloq hər kəsin sağlam düşünməli olduğunu vurğulayıb:
“İnsanlar yaxşı hadisələr görməklə yaxşı düşünməlidirlər. Hər kəs sağlam düşüncələrə sahib olmalıdır ki, sağlam gələcək qurulsun. İnsanın daxilində sevgi, insani keyfiyyətlər olmalıdır. Xarakteri düzgün formalaşdırmaq mütləqdir.
Bu gün cəmiyyətdə qarışıq münasibətlər yaranıb. İnsanlar öz xüsusiyyətlərində nəyisə korreksiya etmək əvəzinə başqasında nöqsanlar görürlər. Bu problemləri aradan qaldırma zərurəti mütləqdir”.
Mehri Qurban
Telegram kanalımız