Futbol üzrə Türkiyə milli komandasının keçmiş üzvü Yusif Atay İŞİD terror təşkilatına qoşulmaqda şübhəli bilinərək saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, məhkəmə sabiq futbolçunun sosial media səhifəsində terror təşkilatı ilə bağlı fotolar paylaşması sübut kimi qəbul edib.
O, daha öncə özünün “X” səhifəsində ABŞ-nin Nyu-York şəhərində həyata keçirilmiş 11 sentyabr terror aktlarını “sənət əsəri” kimi qələmə verib. Marqarita pizza
Yusif Atayın vəkili onun hər hansı terror təşkilatına üzv olmadığını və paylaşımların Fələstinə dəstək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, Y.Atay “Qalatasaray” və “Qaziantepspor” kimi komandalarda çıxış edib. Futbolçu həmçinin Türkiyə millisinin heyətində 9 matça çıxıb.
Telegram kanalımız