“Qanuni oğru” Hacı Beyləqanski haqqında qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

“Qanuni oğru” Hacı Beyləqanski haqqında qərar verildi

Kriminal

20 Sentyabr 2023 05:58 1352


Moskvada məhkəmə kriminal iyerarxiyada ən yüksək vəzifə tutmaqda təqsirli bilinən kriminal dairə rəhbərini 21 il müddətinə azadlıqdan məhrum edib.

“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Söhbət kriminal dairələrdə "qanuni oğru" Hacı Beyləqanski kimi tanınan Talıbxanlı Hacıbab Tahir oğlundan gedir. pizza

Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə criminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. O, 2012-ci ildə Moskvada Presnenski Valda yolda pusquda durub və bir neçə güllə atıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!