Böyük Britaniyada nazir istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyada nazir istefa verdi

Dünya

12 May 2026 18:18 64


Böyük Britaniyanın əhalinin müdafiəsi üzrə naziri Cess Fillips istefa verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sky news" telekanalı məlumat yayıb.

O, ölkənin Baş naziri Kir Starmerə məktubla müraciət edərək, onu "əsasən doğru şeylərin qayğısına qalan yaxşı insan" hesab etdiyini, lakin bunun kifayət etmədiyini qeyd edib. Dördpendirli pizza

"Mən leyboristlər hökumətinin işləməsini istəyirəm və mən həmişə olduğu kimi, onun uğuruna və populyarlığına can atacam, lakin fikrimcə, mənim və ölkənin gözlədiyi o dəyişiklikləri görmürəm və buna görə də hazırkı hökumətin rəhbərliyi altında nazir kimi işləməyə davam edə bilmərəm", – o əlavə edib.

Daha əvvəl Miatta Fanbullenin Böyük Britaniyanın mənzil tikintisi, icmalar və yerli özünüidarəetmə nazirinin parlament üzrə müavini vəzifəsindən istefa verdiyi bildirilmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!