3 soyğunçudan biri 22 yaşlı qızdır

saytların hazırlanması

Evə çatdırılma

3 soyğunçudan biri 22 yaşlı qızdır

Kriminal

12 May 2026 17:46 138


Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.

Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Məhəmməd Məmmədov, 20 yaşlı Zaur Həsənov və dəstənin 22 yaşlı qadın üzvü saxlanılıb. Dominos pizza

Araşdırma zamanı saxlanılan şəxslərin paytaxtın digər ərazilərində də analoji əməllər törətdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!