Qar yağacaq, 10 dərəcə şaxta olacaq   - Kəskin soyuqlar gəlir

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, 10 dərəcə şaxta olacaq - Kəskin soyuqlar gəlir

Sosial

19 Fevral 2024 13:08 60277


Fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Dördpendirli pizza

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında da əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Xəbər başlıqları elə yazırsız ki,elə bil hüzürünüz düşüb. yəni başlıqla xəbər bir-birinə tərs mütənasibdir.
    2 years ago