Hər il noyabr ayının sonuna doğru ABŞ-ın bir çox mağazasında endirim küləkləri əsir. “Black Friday” ("Qara Cümə") endirimləri üçün artıq geri sayım başlayıb.
Yenisabah.az xəbər verir ki, builki “Qara Cümə” satışları noyabrın 25-nə təsadüf edəcək. Adətən, 24 saat davam edən sıxlıq və artan tələbat çoxluğuna görə bir çox mağazalarda kampaniya müddəti bir neçə gün uzadılır.
Şükran günündən sonrakı cümə gününə təsadüf edən kampaniya ABŞ-da ən çox alış-veriş edilən tarix sayılır. Toyuqlu pizza
1789-cu ildə ABŞ prezidenti Corc Vaşinqton 26 noyabr Cümə axşamı gününü Şükran Günü elan edib. Lakin sonrakı illərdə tarix və günlə bağlı çoxlu qarışıqlıq yaranıb. Bu çaşqınlıq 1941-ci ildə Konqresin qəbul etdiyi qətnamə ilə aradan qaldırılıb və Şükran Günü noyabrın dördüncü Cümə axşamına keçirilib. Ondan sonra isə “Qara Cümə” qeyd olunur.
“Qara Cümə” adının haradan gəldiyi sualına müxtəlif cavablar var. Bu izahlardan birinə görə, qara satış müəssisələri və onların mühasibləri üçün müsbət təsir göstərən bir rəngdir. Çünki mühasiblər öz kitablarında mənfəəti göstərmək üçün qara mürəkkəbdən, zərəri göstərmək üçün isə qırmızı mürəkkəbdən istifadə edirlər.
Deyilənə görə, il boyu zərəri ifadə edən “qırmızı” ilə doldurulan dəftərlər “Qara Cümə” günü “qara” rəngə çevrilərək qazancla dolduğu üçün bu gün “Qara Cümə” adlandırılıb.
Telegram kanalımız