Qarabağ separatçıları Ukrayna cəhbəsində - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ separatçıları Ukrayna cəhbəsində - Foto

Dünya

03 Noyabr 2023 10:31 792


Qarabağdan çıxan separatçılar artıq Ukraynanın Donetsk bölgəsində peyda olublar.  

Yenisabah.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Luka Staynmann X sosial şəbəkəsində məlumat yayıb.

Döyüş bölgəsindən "Repubblica" nəşri üçün reportaj yazan reportyor qeyd edib: "Donbass yaxınlığında rus ordusu sıralarında döyüşən qarabağlı erməni. Bir neçə erməni Ukraynada döyüşmək üçün rus qoşunlarına və "Vaqner qrupuna qoşulub. Mən onlarla cəbhə bölgəsində görüşdüm". Pepperoni pizza

Xatırladaq ki, sentyabrın 19-20 döyüşlərindən sonra Qarabağdakı erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk edib. Bundan sonra rusiyalı jurnalist Vladimir Solovyov rişxəndlə bildirmişdi ki, "bundan sonra qarabağ erməniləri Ukraynada döyüşsələr yaxşıdır". 

İtaliyalı jurnalistin qeydlərindən bu anlaşılır ki, qanunsuz erməni birləşmələrinin üzvləri bu tövsiyəyə uyğun hərəkət ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!