Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?

saytların hazırlanması

Evə çatdırılma

Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?

Sosial

19 Avqust 2023 08:02 2038


“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev dəyişdirilmiş qaz sayğacının (əvvəlcədən ödənişli) köhnə kartında olan məbləğin yeni karta necə köçürülməsi ilə bağlı suala aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, bunun üçün abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır.

Şöbə rəisinin sözlərinə görə, “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşan şəxslər şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart-kartları təqdim etməlidirlər. pizza hut

“Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər”, - deyə şöbə rəisi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!