Qazaxda bir direktor koronavirusdan öldü:   6 məktəb bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda bir direktor koronavirusdan öldü: 6 məktəb bağlandı

Sosial

29 Mart 2021 13:35 965


Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə apa-ya Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

Rayonun 6 məktəbində “COVID-19” infeksiyasına yoluxmalar təsdiq olunub. Pepperoni pizza

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov koronavirusdan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!