Qaziyə “DOST İş” Mərkəzində yüksək vəzifə verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qaziyə “DOST İş” Mərkəzində yüksək vəzifə verildi - Foto

Sosial

24 İyun 2021 19:06 1287


Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri ilə bağlı “Məşğulluq marafonu” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qazimizi işlə təmin edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətən müharibəsində yaralanmış qazi Abbaslı Qurban Azər oğlu Nazirliyin tabeliyindəki “DOST İş” Mərkəzində baş mütəxəssis  vəzifəsinə təyin edilib. Dördpendirli pizza

Prezident İlham Əliyevin Sərəncamları ilə Qurban Abbaslı “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Türkiyənin Hacettepe Universitetində ali təhsilini başa vurduqdan sonra ötən ilin may ayında həqiqi hərbi xidmətə  çağırılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirib, Xocavənd  uğrunda gedən döyüşlərdə yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!