Qəbul imtahanına buraxılmayan gənc itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Qəbul imtahanına buraxılmayan gənc itkin düşdü

Hadisə

14 İyul 2026 01:20 64


Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb.

"Yeni Sabah" Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə gəncin yaxınları məlumatında bildirib.

Məlumata görə, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib. Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb. Marqarita pizza

Yaxınlarının sözlərinə görə, ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir.

Polad Poladov bu gün Xaçmaz Rayon Polis Şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!