Qəbula yazıldı, icra başçısı özü onun evinə getdi  - Fotolar
15 Apr 2021 13:24
665

Qəbula yazıldı, icra başçısı özü onun evinə getdi - Fotolar

Suraxanı rayonunda yaşayan şəhid ailələrinin sosial problemləri daim diqqət mərkəzində saxlanılır.

Yenisabah.az xəbər verir ki, bu istiqamətdə növbəti nümunəvi addım atılıb. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən qəbul olunmasını istəyən Birincici Qarabağ Müharibəsinin şəhidi Mehdiyev Taleh Teymur oğlunun anası, 81 yaşlı Gülnaz xanım öz evində ziyarət olunub. RİH-nin başçısı Əziz Əzizov şəhid anasının yaşadığı Qaraçuxur qəsəbəsinə gedərək, onun problemlərini dinləyib. Görüşdə RİHB-nin müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini iştirak ediblər.

Şəhid anasının qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov onun qaldırdığı məsələnin yerində həlli ilə bağlı müvafiq göstərişini verib və müraciət öz müsbət həllini tapıb.

Gülnaz xanım göstərilən diqqətə görə təşəkkürünü bildirib. 

Qəbula yazıldı, icra başçısı özü onun evinə getdi  - Fotolar
Qəbula yazıldı, icra başçısı özü onun evinə getdi  - Fotolar
Qəbula yazıldı, icra başçısı özü onun evinə getdi  - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər