Qəzza zolağının gələcəyinə dair bir neçə plan var

saytların hazırlanması

Evə çatdırılma

Qəzza zolağının gələcəyinə dair bir neçə plan var

Dünya

01 Noyabr 2023 10:33 554


İsrail və ABŞ HƏMAS döyüşçülərinin Fələstin anklavından qovulması halında mümkün layihələrdən biri kimi Qəzza zolağında beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsi variantlarını müzakirə edirlər.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, ən məqbul variant Qəzza zolağına ABŞ, Fransa, Almaniya və Böyük Britaniya hərbçilərindən ibarət beynəlxalq koalisiyanın müvəqqəti nəzarəti olacaq. Qəzzaya Səudiyyə Ərəbistanı Əmirliyindən qoşun və bölmələrin yerləşdirilməsi də təklif edilir.

İkinci variant isə Sina yarımadasına sülhməramlıların və müşahidəçilərin cəlb edilməsidir. pizza sifarişi

Üçüncü variant Qəzzanın BMT-nin himayəsi altında müvəqqəti idarə olunmasıdır.

Xatırladaq ki, bundan əvvəl Fələstinin Baş naziri Məhəmməd Ştaye Qəzza zolağında beynəlxalq idarəçilik ideyasını rədd etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!