Qəzzaada yanğın: 21 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Qəzzaada yanğın: 21 nəfər öldü

Dünya

18 Noyabr 2022 15:33 529


Qəzza zolağında yanğın nəticəsində azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Yenisabah.az “Al-Jazeera”ya istinadla xəbər verir ki, yanğın bina sakinlərinin ziyafəti zamanı baş verib.

Güclü yanğını nəzarət altına almaq üçün yanğınsöndürənlərə bir saatdan çox vaxt lazım olub. Toyuqlu pizza

Yanğın Qəzza zolağının şimalındakı Cəbəliya bölgəsindəki qaçqın düşərgəsindəki dörd mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Qəzzanın Daxili İşlər Nazirliyi həmin yerdə külli miqdarda benzinin saxlandığını və bunun yanğını daha da şiddətləndirdiyini açıqlayıb.

Fələstin prezidenti Mahmud Abbas qəzanı milli faciə adlandırıb və matəm günü elan ediləcəyini bildirib.

Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi Hüseyn Əl-Şeyx isə bəyan edib ki, Fələstin Administrasiyası ağır xəstələrin anklavdan kənarda müalicə edilməsinə ehtiyac yaranarsa, onları daşımaq üçün İsraili Erez keçid məntəqəsini açmağa çağırıb.

Qeyd edək ki, Cəbəliya Qəzzada 2,3 milyon insanın yaşadığı səkkiz düşərgədən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!