Qəzzada ölənlərin sayı 436 nəfərə çatdı,   91-i uşaqdır

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada ölənlərin sayı 436 nəfərə çatdı, 91-i uşaqdır

Dünya

09 Oktyabr 2023 10:14 261


İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2271 nəfər yaralanıb. Toyuqlu pizza

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!