Qiyamçı olduğu deyilən general haradadır?

saytların hazırlanması

Evə çatdırılma

Qiyamçı olduğu deyilən general haradadır?

Dünya

30 İyun 2023 09:48 749


Ordu generalı Sergey Surovikin nə Moskvadakı “Lefortovo” istintaq təcridxanasında, nə də digər müvəqqəti saxlama yerlərində saxlanılır.

Yenisabah.az TASS- istinadla xəbər verir ki, bunu İctimai Monitorinq Komissiyasının (İMK) icraçı katibi Aleksey Melnikov bildirib.

O deyib: “Son günlər Rusiya və xarici KİV nümayəndələri mənə tez-tez zəng edirlər. Soruşurlar: "Surovikinin həbsdə olması doğrudurmu?" Cavab verirəm: nə Lefortovoda, nə də digər istintaq təcridxanalardadır”. Sezar pizza

General Surovikinin həbsi ilə bağlı məlumatlar müxtəlif mənbələrdə yayılıb. Onlar bildiriblər ki, general Lefortovo istintaq təcridxanasına yerləşdirilib. Daha sonra öz mənbələrinə istinadən Britaniyanın “Financial Times” nəşri onun saxlanılması barədə məlumat yayıb.

S. Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanı, müharibə zonasında Rusiya qoşunlarının birləşmiş qrupunun komandirinin müavinidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!