Qolunu itirən “Nikosayağı” əməliyyatdan niyə imtina edib?

saytların hazırlanması

Evə çatdırılma

Qolunu itirən “Nikosayağı” əməliyyatdan niyə imtina edib?

Şou

08 Sentyabr 2026 09:25 124


“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

“Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşlarım üçün çəkirəm. Son vaxtlar mənə çoxsaylı mesajlar gəlir. Bildirilir ki, xaricdə iki qolunu itirmiş bir gəncə əməliyyat zamanı iki qol transplantasiya edilib. Bununla bağlı Türkiyəyə getdim və araşdırma apardım. pizza sifarişi

Dünyanın heç bir yerində bir qolun transplantasiyası həyata keçirilmir, yalnız iki qolun köçürülməsi mümkündür. Türkiyədə belə əməliyyatlar yalnız öz vətəndaşlarına tətbiq olunur və ölkədə bu prosedur dövlət tərəfindən ödənişsiz həyata keçirilir. Həmçinin hər bir ölkə öz vətəndaşlarına orqan köçürülməsi həyata keçirə bilər.

Transplantasiya həyata keçirildikdən sonra insan ömürboyu hormonal dərmanlardan istifadə etməlidir. Bu dərmanlar immun sisteminin fəaliyyətini zəiflədir. Çünki transplantasiya olunmuş orqanı orqanizm yad toxuma kimi qəbul edə və onu rədd edə bilər. Bu səbəbdən immun sisteminin reaksiyasının qarşısını almaq üçün həmin dərmanlar tətbiq olunur.

Belə dərmanlardan istifadə edən insanların immun sistemi zəiflədiyindən onlar infeksiyalara qarşı daha həssas olurlar. Barmaq kəsilərsə, bu, əlin biləkdən amputasiyasına gətirib çıxara bilər. Sağlam insan qrip olanda 5 gün evdə isti çay içib, özünə qulluq etməklə sağala bilirsə, bu hormonal dərmanları qəbul edən şəxslər qrip olduqda belə, xəstəxanada uzunmüddətli müalicə olunmalıdırlar.

Qısa şəkildə demək istəyirəm ki, bədənə hər hansı bir üzvün transplantasiya edilməsi qətiyyən məsləhətli bir şey deyil.

Allah hər birimizi var eləsin. Allah qazilərimizə və bütün xəstələrimizə şəfa versin”.

Qeyd edək ki, 2023-cü ilin avqustunda N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N. Şakirli isə ağır xəsarət alıb və onun sağ qolu dirsəkdən amputasiya olunub.

Aydan Hacı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!