Qubaya qar yağdı - Foto 

saytların hazırlanması

Evə çatdırılma

Qubaya qar yağdı - Foto 

Sosial

22 Dekabr 2021 10:52 467


Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Yenisabah.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!