“Qurtuluş”un rəhbəri yenidən məhkəmə qarşısına çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Qurtuluş”un rəhbəri yenidən məhkəmə qarşısına çıxdı

Kriminal

22 Sentyabr 2026 13:25 149


“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha 2 əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən onlara bəraət verilməsini istəyiblər.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib, hökm qüvvədə saxlanılıb. Dördpendirli pizza

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmova 3 il 6 ay, Natiq Əliyevə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib.

Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!