Ramazanla bağlı fərqli təqvimlərin yayılmasına   RƏSMİ MÜNASİBƏT

saytların hazırlanması

Evə çatdırılma

Ramazanla bağlı fərqli təqvimlərin yayılmasına RƏSMİ MÜNASİBƏT

Sosial

15 Aprel 2021 11:03 657


“Hər il olduğu kimi bu il də Ramazan ayı ilə əlaqəli fərqli təqvim problemi var. Bəzi şirkətlər müstəqil şəkildə özlərindən təqvim hazırlayır. Təbii ki, bu, əsassız və qəbuledilməzdir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay bildirib.

O, sosial şəbəkələrdə yayılan fərqli təqvimlər barədə danışarkən deyib ki, İdarə ənənəvi olaraq bu il mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib: pizza

“Bu təqvim QMİ-nin rəsmi internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Mənim də qarşıma fərqli təqvimlər çıxıb. Qeyd edim ki, həmin təqvimlərin heç bir əsası yoxdur. Bu əsasları bizə verən elmi əsaslardır”.

Hacı Surxay oruc tutanları QMİ-nin hazırladığı təqvimin internet versiyasından istifadəni tövsiyə edib:

“Digər mənbələrdən daxil olan, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur”. (Report)

Qeyd edək ki, dünəndən ölkədə Razaman ayı başlayıb. Ramazan ayının builki təqviminə görə ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək. Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə mayın 13-ü və 14-ü ölkədə qeyri-iş günləri elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!