Rayonlarda yolları qar-buz tutub - Hərəkət çətinləşib

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda yolları qar-buz tutub - Hərəkət çətinləşib

Sosial

25 Dekabr 2021 12:48 925


Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, gün ərzində hərəkətin tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə köməklik göstəriblər. Marqarita pizza

Eyni zamanda yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!