İspaniyanın "Real Madrid" klubunun rəhbərliyində baş məşqçi məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.
Yenisabah.az "TyC Sports"a istinadla xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres Karlo Ançelotti ilə yollar ayrılacağı təqdirdə, Maurisio Poçettinonu bu posta gətirmək istəyir.
"Kral klubu"nun digər rəsmilərinin əksəriyyəti isə hazırda gənclər komandasında işləyən Raul Qonsalesi həmin vəzifəyə layiq görür.
Son qərarı Peresin verəcəyi vurğulanıb.
M. Poçettino 2022-ci ilin yayında Fransa PSJ-sindən ayrılıb.
Telegram kanalımız